Azərbaycan Dövlət İnformasiya Agentliyi

Rusiyada FHN təyyarəsinin qəzaya uğraması nəticəsində 10 nəfər ölüb

03.07.2016 [13:00]

Xəbərin mətni
Rusiyanın İrkutsk vilayətində Fövqəladə Hallar Nazirliyinə məxsus İl-76 təyyarəsinin qəzaya uğraması nəticəsində 10 nəfər heyət üzvü həlak olub. Təyyarənin qalıqları gecə saatlarında Rıbnıy Uyan yaşayış məntəqəsi yaxınlığında aşkar edilib.