Azərbaycan Dövlət İnformasiya Agentliyi

Türkiyənin baş naziri: Ölkədə hərbi çevrilişə cəhd olunub

16.07.2016 [01:27]

Xəbərin mətni
Türkiyənin baş naziri Binəli Yıldırım ölkədə hərbi çevrilişə cəhd olunması haqqında məlumat verib. Bu barədə Türkiyə KİV-ləri xəbər verir. “Bəzi şəxslər subardinasiyanı pozaraq, qanunsuz fəaliyyət göstəriblər", - o, yerli televiziyanın efirində deyib. Onun sözlərinə görə, təhlükəsizlik qüvvələrinə qayda-qanunu və sabitliyi qorumaq üçün lazımi əmr verilib.