"ASAN Xidmət"lə Koreya DİN arasında Memorandum imzalanıb
19.08.2016 [12:58]
Xəbərin mətni
Avqustun 19-da Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən Dövlət İdarəçiliyi üzrə Azərbaycan-Koreya Əməkdaşlıq Forumu keçirilib.
Forum çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Koreya Respublikasının Daxili İşlər Nazirliyi arasında “E-Hökumət və Dövlət Xidmətlərinin Göstərilməsi sahəsində Əməkdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb.