Humanitar Forum müasir medianın inkişaf meyillərinin müəyyənləşməsi baxımından mühüm platformadır
30.09.2016 [14:45]
Xəbərin mətni
Bakı Beynəlxalq Humanitar Forumu müasir medianın inkişaf meyillərinin müəyyənləşməsi baxımından da mühüm platformadır. Burada aparılan müzakirələr KİV-ə müasir cəmiyyətdəki yerini və rolunu dəqiqləşdirməkdə, trendləri və perspektivləri müəyyənləşdirməkdə kömək edir.
Bu fikir V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində AZƏRTAC-ın Baş direktoru Aslan Aslanovun sentyabrın 30-da UNESCO-nun baş direktorunun müavini Qetaçyu Enqida ilə görüşündə səslənib.