Şəxsi kitabxanada 11 mindən çox nadir kitab və əlyazma saxlanılır
12.10.2016 [14:02]
Xəbərin mətni
Hacıqabulda İsayevlər ailəsinə məxsus şəxsi kitabxanada 11 mindən çox nadir kitab və əlyazma saxlanılır.
Kitabxana Əməkdar Müəllim, filoloq Hüseyn İsayevə məxsus olub. Hüseyn İsayev 1946-cı ildə indiki Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olduğu gündən kitab toplamağa başlayıb və beləliklə, evinin bir hissəsini kitablara ayırıb. İndi isə bu kitabları onun oğlu Məhəmməd atasından yadigar saxlayır.