SİYASƏT


Prezident Kitabxanasında “Azərbaycan multikulturalizmi” elektron kitabxanasının və veb saytının təqdimatı keçirilib

AZƏRTAC xəbər verir ki, təqdimat mərasimində Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov yeni elektron resursla bağlı məlumat verib. Bildirib ki, multikulturalizm və tolerantlıq tarixən azərbaycanlıların həyat tərzi olub. Bu gün də milli kimliyindən, dilindən, dinindən asılı olmayaraq Azərbaycan dövlətinin vətəndaşlarının gündəlik həyat tərzinə çevrilib.