Uruqvay Dövlət Televiziyasında Azərbaycan haqqında reportaj yayımlanıb
15.10.2016 [13:43]
Xəbərin mətni
Uruqvay Dövlət Televiziyasının “7 Milyard” proqramında Azərbaycan haqqında, o cümlədən V Bakı Beynəlxalq Humanitar Forumu ilə bağlı reportaj yayımlanıb.
Proqrama qonaq qismində Humanitar Forumda iştirak etmiş Uruqvay Katolik Universitetinin İslam kafedrasının müdiri, eyni zamanda, həmin universitetdə beynəlxalq siyasət proqramının direktoru Susana Manqana dəvət edilib.