Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri biznes forumu keçirilir

20.10.2016 [14:08]

Xəbərin mətni
Oktyabrın 20-də Bakıda Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) biznes forumu keçirilir. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasındakı ticarət əlaqələrindən danışıb. Qeyd edib ki, əlverişli biznes mühitinə sahib olan Azərbaycan regionda ən yaxşı infrastruktura malik olan ölkədir.