İvanovoda partlayış - azərbaycanlı ailəsi yaralanıb [YENİLƏNİB]
06.11.2016 [17:46]
Xəbərin mətni
Rusiyanın İvanovo şəhərində yaşayış binasında qaz partlayışı nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb. Partlayış nəticəsində zərərçənlər arasında azərbaycanlı ailəsi var. Rusiya KİV-lərinin yazdığına görə, Ələsgərovlar ailəsi İvanovo şəhərinə 20 il əvvəl köçüb. Partlayış zamanı ailənin 21 yaşlı oğlu Elvin yaralanıb. O, hazırda xəstəxanadadır, həyatı üçün təhlükə olmasa da, vəziyyəti ağırdır.