İDMAN


Azərbaycan taekvandoçuları komandalararası dünya çempionu titulunu qoruyublar

Taekvando üzrə Azərbaycanın kişilərdən ibarət yığma komandası Bakıda keçirilən komandalararası dünya çempionatının qalibi olub. Komandamız finalda taekvandonun vətəni Koreya Respublikasının yığmasını məğlub edərək ardıcıl ikinci dəfə dünya çempionu titulunu qazanıb.