İzmirdə baş verən partlayışda 10 nəfər yaralanıb
05.01.2017 [18:06]
Xəbərin mətni
Türkiyənin İzmir şəhərində Ədliyyə Nazirliyinin yerli idarəsinin binası yaxınlığında partlayışı törədən terrorçulardan ikisi məhv edilib, digəri axtarılır.
Türkiyə KİV-lərə istinadən bildirilir ki, 10 nəfər yaralı var. Onlardan birinin vəziyyəti ağırdır.