Azərbaycan Dövlət İnformasiya Agentliyi

İstanbulda cənazə namazında qəza: 1 ölü, 10 yaralı

10.01.2017 [17:45]

Xəbərin mətni
İstanbulun Ataköy rayonunda məscidin damı uçaraq cənazə namazı qılan insanların üzərinə düşüb. Hadisə nəticəsində bir nəfər ölüb, on nəfər yaralanıb. İlkin məlumata görə, uçqun qalın qar örtüyünün ağırlığı səbəbindən baş verib.