RƏSMİ


Prezident İlham Əliyevin Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker ilə görüşü olub

Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıqdan məmnunluq bildirildi, əlaqələrin bundan sonra da inkişaf etdiriləcəyinə əminlik ifadə olundu. Vurğulandı ki, Azərbaycan ilə Avropa İttifaqı arasında yeni əməkdaşlıq və tərəfdaşlıq sənədi üzərində iş gedir və bu sənəd imzalanandan sonra münasibətlərimiz bütün sahələrdə daha da möhkəmlənəcək və genişlənəcək.