Yaşı səksəni ötsə də, biri-birindən gözəl xalçalar toxuyur
07.02.2017 [14:34]
Xəbərin mətni
Qusarın Çiləgir kənd sakini Gülarə İsgəndərova 82 yaşı olmasına baxmayaraq, hələ də biri-birindən gözəl xalçalar toxuyur.
AZƏRTAC xəbər verir ki, 30 ildən çoxdur xalça toxuyan ağbirçək bu sənəti uşaq yaşlarından öyrənib. İndi görmə qabiliyyəti zəifləsə də, sevimli işindən ayrılmaq fikrində deyil.