Prezident İlham Əliyev Münxendə “Kaspersky Lab” şirkətinin sahibi və baş icraçı direktoru ilə görüşüb
17.02.2017 [18:51]
Xəbərin mətni
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 17-də Münxendə “Kaspersky Lab” şirkətinin sahibi və baş icraçı direktoru Yevgeni Kasperski ilə görüşüb.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, görüşdə “Kaspersky Lab” şirkətinin Azərbaycan ilə müəyyən sahələrdə uğurla əməkdaşlıq etdiyi vurğulandı.