Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şəfa mənbəyi Naftalan: Daha bir möcüzə - şam ağacları

01.03.2017 [15:50]

Xəbərin mətni
Hər il dünyanın müxtəlif ölkələrindən Naftalana üz tutan minlərlə turist üçün buranın yalnız balneoloji neft vannaları deyil, həm də şəhərin havası əsl şəfa mənbəyidir. Naftalanın iqlimi ağ ciyər və tənəffüs yolları xəstəlikləri olan, eləcə də oynaqlarında problem yaşayan insanlar üçün çox əlverişlidir.