Azərbaycan Prezidenti İlham Əliyev Parisdə Fransa Senatının sədri ilə görüşüb
14.03.2017 [16:37]
Xəbərin mətni
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 14-də Parisdə Fransa Respublikası Senatının sədri Jerar Larşe ilə görüşüb.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Senatın binasının qarşısında dövlətimizin başçısının şərəfinə fəxri qarovul və suvari dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyevi Senatın sədri Jerar Larşe qarşıladı.