Stokholmda törədilən terror aktının görüntüləri yayılıb
08.04.2017 [00:34]
Xəbərin mətni
Mağazalardan birinin müşahidə kamerasına düşən kadrlarda insanların qorxu içərisində sürətlə gələn yük maşınından gizlənməyə çalışdıqları görünür. Bir neçə şəxsin son anda canlarını qurtararaq mağazaya girdikləri kameraya düşüb.
Aprelin 7-si Stokholmda Stokholmun mərkəzi piyada küçələrindən birində yük maşını insanları vurub. Naməlum şəxsin həmin maşını qaçırdığı məlum olub. Nəticədə 4 nəfər həlak olub, 15 nəfər yaralanıb. Onlardan bir neçəsinin vəziyyətinin ağır olduğu bildirilir. Polis hadisənin törədilməsində şübhəli bilinən şəxsi saxlayıb.