Azərbaycan Dövlət İnformasiya Agentliyi

Pirallahı rayonunda mərkəzi yolun yenidən qurulması yekunlaşır

18.04.2017 [12:27]

Xəbərin mətni
Pirallahı rayonunun mərkəzi yolu hesab olunan Səməd Vurğun küçəsi əsaslı şəkildə yenidən qurulur. Tikinti işləri zamanı köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb. Zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb, əvəzinə karbonat materialı tökülərək kipləşdirilib. Daha sonra yol əsasının tikintisi işləri aparılıb.