RƏSMİ


Azərbaycan Prezidenti İlham Əliyev Qətərin sabiq Baş naziri və sabiq xarici işlər nazirini qəbul edib

Aprelin 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qətər Dövlətinin sabiq Baş naziri və sabiq xarici işlər naziri Şeyx Həməd bin Casim bin Cabir Al Tanini qəbul edib. AZƏRTAC xəbər verir ki, Həməd bin Casim bin Cabir Al Tani Azərbaycana səfərindən keçən 10 il ərzində ölkəmizdə inanılmaz dərəcədə böyük dəyişikliklərin şahidi olduğunu dedi və paytaxtımızda aparılan çox böyük abadlıq və inkişaf proseslərinə valeh olduğunu bildirdi.