Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Prezidenti İlham Əliyev Mali Prezidenti İbrahim Boubakar Keita ilə görüşüb

05.05.2017 [17:56]

Xəbərin mətni
Mayın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə səfərdə olan Mali Respublikasının Prezidenti İbrahim Boubakar Keita ilə görüşüb. AZƏRTAC xəbər verir ki, görüşdə Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun önəmi xüsusi vurğulandı. Ölkələrimiz arasında siyasi əlaqələrin səviyyəsindən məmnunluq ifadə edildi, iqtisadi sahədə də əməkdaşlığın inkişaf etdirilməsinin önəmi qeyd olundu.

BÖLMƏNİN DİGƏR VİDEOLARI