Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ulu öndər Heydər Əliyevin xatirəsi Tarsus şəhərində anılıb

12.05.2017 [12:27]

Xəbərin mətni
Mayın 9-da Türkiyənin Tarsus şəhərindəki Heydər Əliyev adına parkda Ulu Öndərin anadan olmasının 94 illiyinə həsr olunmuş təntənəli tədbir keçirilib. Tədbirdə çıxış edən Tarsus bələdiyyəsinin sədri Şevket Can bildirib ki, Türkiyə və Azərbaycan xalqları qardaşdır. Xətai rayonu ilə Tarsus şəhəri 2007-ci ildən qardaşlaşıb, 2009-cu ildə isə Xətai Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Tarsusda Azərbaycanın ümummilli lideri Heydər Əliyevin adını daşıyan bu park açılıb.