Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Eurovision-2017” mahnı müsabiqəsinin qalibi Portuqaliya təmsilçisi olub

14.05.2017 [02:56]

Xəbərin mətni
Kiyevin Beynəlxalq Sərgi Mərkəzində keçirilən “Eurovision-2017” mahnı müsabiqəsinin final şousu başa çatıb. AZƏRTAC xəbər verir ki, Portuqaliya təmsilçisi Salvador Sobral 758 xalla yarış cədvəlində birinci olub. O, müsabiqədə "Amar Pelos Dois" mahnısını ifa edib. Beləliklə, “Eurovision - 2018” mahnı müsabiqəsi Portuqaliyada baş tutacaq. İkinci yeri Bolqarıstan təmsilçisi tutub. Azərbaycanlı ifaçı Diana Hacıyeva 120 xalla 14-cü pillədə qərarlaşıb.