Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRTAC-ın saytının zəif görənlər üçün versiyası istifadəyə verilib

19.06.2017 [10:28]

Xəbərin mətni
Azərbaycan Dövlət İnformasiya Agentliyinin – AZƏRTAC-ın veb-səhifəsinin zəif görənlər üçün versiyası istifadəyə verilib. Saytın bu versiyasına agentliyin əsas veb-səhifəsinin (azertag.az) yuxarı sağ küncündə yerləşdirilmiş “göz” işarəsi və ya special.azertag.az ünvanı vasitəsilə daxil olmaq mümkündür. Agentliyin xəbərlərini bu versiyada zəif görənlər daha rahat oxuya bilərlər. AZƏRTAC-ın əsas saytında yayılan informasiyalar bu səhifədə də təkrarlanır.