Çində torpaq sürüşməsi nəticəsində 141 nəfər dağıntı altında qalıb
24.06.2017 [10:42]
Xəbərin mətni
Çinin Sıçuan vilayətində şiddətli yağışlardan sonra baş verən torpaq sürüşməsi nəticəsində 141 nəfər dağıntılar altında qalıb.
Hadisə səhər saat 06:00 radələrində dağlıq ərazidə yerləşən Maosian qəsəbəsinin Sinmo kəndində baş verib. Dağıntılar altında qalanlar kənddəki 46 evin sakinləridir.