Azərbaycan Dövlət İnformasiya Agentliyi

Cocuq Mərcanlıda əlavə 100 evin tikintisinə başlanılır

04.07.2017 [14:18]

Xəbərin mətni
Prezident İlham Əliyevin 2017-ci il 15 iyun tarixli Sərəncamına əsasən, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində tikinti-bərpa və abadlıq-quruculuq işlərinin növbəti mərhələsinə başlanılıb. Bu münasibətlə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun və inşaat işlərini aparacaq tikinti şirkətlərinin nümayəndələri Cocuq Mərcanlıda olub, yeni qəsəbə salınacaq əraziyə baxış keçiriblər.