Bakıda “Azərbaycan milli geyimləri olduğu kimi” sərgisi açılıb
04.07.2017 [17:59]
Xəbərin mətni
İyulun 4-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyində (MATM) “Azərbaycan milli geyimləri olduğu kimi” sərgisinin açılışı olub. MATM-ın və Milli Təhsil Texnologiyaları Mərkəzinin təşkilatçılığı ilə keçirilən sərgi oktyabrın 1-dək davam edəcək.