Astanada “EXPO 2017 - Gələcəyin enerjisi” Beynəlxalq sərgisindəki Azərbaycan pavilyonunda Milli Gün təşkil olunub
10.07.2017 [12:43]
Xəbərin mətni
Qazaxıstanın paytaxtı Astanada “EXPO 2017 - Gələcəyin enerjisi” Beynəlxalq sərgisindəki Azərbaycan pavilyonunda Milli Gün təşkil olunub.
Milli Gün çərçivəsində Azərbaycan pavilyonunun rəsmi təqdimat mərasimi keçirilib. Əvvəlcə Qazaxıstan və Azərbaycanın dövlət himnləri səsləndirilib, dövlət bayraqları qaldırılıb.