Azərbaycan Dövlət İnformasiya Agentliyi

123 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib

11.07.2017 [14:17]

Xəbərin mətni
Bakı Nəqliyyat Agentliyi 123 nömrəli marşrut xətti üzrə avtobusların hərəkət sxemini iyulun 11-dən müvəqqəti olaraq dəyişdirib. Səbəb, Binəqədi-Novxanı avtomobil yolunda aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq sözügedən yolun bir hissəsində avtonəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılmasıdır. Dəyişikliyə əsasən, təmir işləri bitənədək 123 nömrəli marşrut xətti üzrə avtobuslar Masazır-Novxanı şosesindən keçməklə hərəkət edəcək.

BÖLMƏNİN DİGƏR VİDEOLARI