Azərbaycan Prezidenti İlham Əliyev Belarus Dövlət Sərhəd Komitəsinin sədrini qəbul edib
09.08.2017 [15:30]
Xəbərin mətni
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 9-da Belarus Respublikası Dövlət Sərhəd Komitəsinin sədri Anatoli Lapponu qəbul edib.
AZƏRTAC xəbər verir ki, Anatoli Lappo Bakıda 1990-cı ildə olduğunu qeyd edərək paytaxtımıza budəfəki səfəri zamanı inanılmaz dərəcədə inkişaf gördüyünü dedi. O, sərhədçi olaraq öz xidmətinə Naxçıvanda zastava rəisi kimi başladığını məmnunluqla vurğulayaraq dedi...