“Azərxalça” ASC-nin Şəmkir filialının açılışı olub
20.08.2017 [18:15]
Xəbərin mətni
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 20-də “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Şəmkir filialının açılışında iştirak edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi.
Məlumat verildi ki, “Azərxalça” ASC-nin Şəmkir filialının binasının tikintisinə 2016-cı ildə başlanılıb və inşaat işləri bu il başa çatdırılıb. Ümumi sahəsi 1100 kvadratmetr olan filial binasında 150 toxucu və 12 inzibati-təsərrüfat işçisi çalışacaq. Bina toxuculuq emalatxanası, rəssam otağı, anbar, yeməkxana, tibb otağı, satış salonu və digər bölmələrdən ibarətdir.