“Gilan Orchards MMC tərəfindən salınmış sitrus bağları ilə tanışlıq
02.09.2017 [21:30]
Xəbərin mətni
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Lənkəranda “Gilan Orchards" MMC tərəfindən salınmış sitrus bağları ilə tanış olub.
AZƏRTAC xəbər verir ki, ölkəmizdə uğurla həyata keçirilən aqrar islahatlar nəticəsində qeyri-neft sektorunda böyük çəkiyə malik olan kənd təsərrüfatının dinamik inkişafı üçün etibarlı zəmin yaradılıb. Bütövlükdə kənd təsərrüfatının inkişafına dövlət tərəfindən xüsusi diqqət yetirilir.