RƏSMİ


Prezident İlham Əliyev “Təhsil” Respublika İdman Mərkəzinin Zuğulba tədris idman bazasının açılışında iştirak edib

Sentyabrın 8-də Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində “Təhsil” Respublika İdman Mərkəzinin Zuğulba tədris idman bazasının açılışı olub. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib. Dövlətimizin başçısı Zuğulba tədris idman bazasının rəmzi açılışını bildirən lenti kəsdi. Təhsil naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevə yeni tədris müəssisəsi barədə məlumat verdi.