RƏSMİ


Prezident İlham Əliyev Tacikistanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 12-də Tacikistan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Rustam Soliyevin etimadnaməsini qəbul edib. AZƏRTAC xəbər verir ki səfir Rustam Soliyev fəxri qarovul dəstəsinin qarşısından keçdi. Rustam Soliyev etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.