RƏSMİ


Prezident İlham Əliyev Macarıstanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 12-də Macarıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Viktor Szederkenyinin etimadnaməsini qəbul edib. AZƏRTAC xəbər verir ki, səfir Viktor Szederkenyi fəxri qarovul dəstəsinin qarşısından keçdi. Viktor Szederkenyi etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi. Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.