MƏDƏNİYYƏT


Üzeyir Hacıbəyli IX Musiqi Festivalı açıq elan edilib

Sentyabrın 18-də Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub. M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında reallaşan açılış mərasimində Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi, xarici səfirliklərin əməkdaşları, ölkənin tanınmış ictimai xadimləri, mədəniyyət və sənət adamları və digər mötəbər qonaqlar iştirak ediblər.