Azərbaycan Dövlət İnformasiya Agentliyi

Cocuq Mərcanlıya həsr olunan kitab və film Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə hazırlanıb

21.09.2017 [15:14]

Xəbərin mətni
Sentyabrın 21-də Bakıda “İlham Əliyev bizi Cocuq Mərcanlıya qaytardı” kitabının və “Böyük Qayıdışın başlanğıcı – Cocuq Mərcanlı” filminin təqdimatına həsr olunan tədbir keçirilib. AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Cocuq Mərcanlının işğaldan əvvəlki vəziyyətini və bərpası ilə bağlı görülən işləri əks etdirən stendlərə baxıblar.