RƏSMİ


Azərbaycanın qadın voleybolçuları Avropa çempionatında dördüncü yeri tutublar
Prezident İlham Əliyev milli komandamızın çempionatdakı sonuncu oyununa baxıb

Oktyabrın 1-də qadın voleybolçular arasında Avropa çempionatında üçüncü yer uğrunda görüş keçirilib. AZƏRTAC xəbər verir ki, çempionatın bürünc medalları uğrunda Milli Gimnastika Arenasında Azərbaycan və Türkiyə yığma komandaları qarşılaşıblar.