RƏSMİ


Prezident İlham Əliyev İtaliyanın “Leonardo” şirkətinin baş icraçı direktorunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 4-də İtaliyanın “Leonardo” şirkətinin baş icraçı direktoru Alessandro Profumonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. AZƏRTAC xəbər verir ki, “Leonardo” şirkətinin baş icraçı direktoru Alessandro Profumo ilk dəfə Bakıda olduğunu, paytaxtımızın gözəlliyinin onda dərin təəssürat yaratdığını məmnunluqla qeyd etdi.