Rusiya telekanalında Primorye diyarında yaşayan həmvətənlərimiz haqqında süjet göstərilib
04.10.2017 [14:56]
Xəbərin mətni
Rusiyanın “Vesti. Primorye” telekanalında Primorye diyarında yaşayan həmvətənlərimiz haqqında süjet göstərilib.
AZƏRTAC xəbər verir ki, həmin süjetdə Vladivostokda keçirilmiş “Dostluq meridianları” festivalı və onunla əlaqədar xalq gəzintiləri barədə söhbət edir. Festivalda xalqımızın mədəni irsi, Azərbaycan mətbəxinin xörəkləri, mili geyimlər təqdim olunub.