Daha bir yol təmirdən sonra istifadəyə verilib
06.10.2017 [11:58]
Xəbərin mətni
Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 11-ci km-də, Sulutəpə dairəsindən Biləcəri qəsəbəsi istiqamətində (Daş bazarı) olan yol təmir edilib.
"Azəravtoyol" ASC-dən verilən məlumata görə, təmir işləri Sulutəpə dairəsindən Biləcəri qəsəbəsi istiqamətində təqribən 500 metrlik və Baş Dövlət Yol Polisinin stasionar postuna qədər olan 250 metrlik məsafəni əhatə edib.