SİYASƏT


“Azərbaycan ədəbi dilinin qorunmasında və inkişafında KİV-in rolu” mövzusunda konfrans keçirilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə keçirilən konfransda dövlət və hökumət rəsmiləri, dilçi alimlər, Milli Məclisin deputatları, KİV-lərin rəhbərləri iştirak ediblər. Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi professor Əli HƏSƏNOV konfransda çıxış edərək bildirib ki, milli dövlətçiliyin yaranması və inkişafında dil mühüm tarixi rol oynayır.