MƏDƏNİYYƏT


Dadı damaqda qalan skan və ya ləzgi pizzası

Skan ləzgi mətbəxinin ən dadlı təamlarındandır. Bu yeməyi ləzgilər ən sevimli qonaqları üçün bişirirlər. Yeməyin adı ləzgi dilində “çın-kan” yəni “odun üstü” mənasını verir. Qusarda skanın onlarla növü bişirilir. Görünüş eyni olsa da, tərkibinə qatılan ərzaqlara görə dadları fərqli olur. Ən çox bişirilən skan isə ət və kartofla hazırlanır.