Soçidə MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev iclasda iştirak edib
11.10.2017 [20:14]
Xəbərin mətni
Oktyabrın 11-də Rusiya Federasiyasının Soçi şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib.
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin məhdud tərkibdə görüşdə qarşılıqlı fəaliyyət və əməkdaşlıqla bağlı ətraflı müzakirələrin aparıldığını dedi.