Azərbaycan Dövlət İnformasiya Agentliyi

Somalidə yük avtomobilinin partladılması nəticəsində ölənlərin sayı 189-a çatıb

15.10.2017 [16:45]

Xəbərin mətni
Somalinin paytaxtı Moqadişoda törədilən terror aktı nəticəsində ölənlərin sayı 189 nəfərə çatıb, daha 200 nəfər yaralı var. AZƏRTAC RİA Novostiyə istinadla xəbər verir ki, ölkədə üç günlük matəm elan olunub. Qeyd edək ki, ötən gün şəhərin küçələrindən birində partlayıcı maddə dolu yük maşını partladılıb. Yerli mətbuat isə iki avtomobilin partladıldığını bildirir. Əvvəlcə 40 nəfərin öldüyü barədə məlumat yayılmışdı.