Doqquz ayda Şəmkirdə 3500-dən çox yeni iş yeri açılıb
18.10.2017 [11:46]
Xəbərin mətni
Bu ilin doqquz ayında Şəmkir rayonunda abadlıq-quruculuq işləri uğurla davam etdirilib. Avqust ayında Prezident İlham Əliyevin rayona tarixi səfəri zamanı bir sıra sosial obyektlərin açılışı gerçəkləşib. Rayonda “Azərxalça” ASC-nin Şəmkir filialının, Şəmkir Dağ Cəyir avtomobil yolunun, “Azərişıq” ASC-nin Şəmkir İdarəetmə Mərkəzinin, “Aqropark” Logistika Mərkəzinin açılışı olub.