MƏDƏNİYYƏT


Gəncədə 3 min ildən çox tarixi olan kurqanlar aşkarlanıb

Gəncənin tarixini araşdıran arxeoloq alimlər Heydər Əliyev Park Kompleksindəki ərazidə yaşı təxminən 3 min 300 il olan, Son Tunc dövrünə aid kurqanlar aşkar ediblər. Bu barədə AZƏRTAC-a arxeoloji qazıntılar üzrə ekspedisiyanın rəhbəri, tarix üzrə fəlsəfə doktoru Bəxtiyar Cəlilov məlumat verib.