DÜNYA


Amerikalı hərbçilər beş ay Sakit okeanda qalan iki qadını xilas ediblər

Macəra axtaran qadınlar özləri ilə iki it götürərək may ayında Qonolulu limanından kiçik gəmidə səyahətə çıxıblar. Onlar təkbaşına Taitiyə üzmək istəyiblər. Bütün səyahət bir neçə həftə davam etməli idi. Lakin yaxta qasırğaya düşərək zədələnib və mühərriki sıradan çıxıb. Güclü külək yaxtanı açıq dənizə aparıb. Qadınlar xilas olmaq üçün siqnal göndəriblər, lakin onlar qurudan çox uzaqda idilər və yaxınlıqdan heç bir gəmi keçmirdi. Səyahətçilərin yaxtası Taitidən 8 min kilometr aralanıb və demək olar ki, Yaponiyaya yaxınlaşıb.