Azərbaycan Dövlət İnformasiya Agentliyi

XİN: Azərbaycan İspaniyanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir

28.10.2017 [12:30]

Xəbərin mətni
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib: Mövcud vəziyyətin İspaniya Krallığının Konstitusiyası və qanunları əsasında sülh yolu ilə həllinin tərəfdarıyıq. Xalqın və mərkəzi hakimiyyətin iradəsinə zidd olaraq İspaniyanın Konstitusiyası və qanunlarının pozulması ilə müşayiət olunan ölkənin ərazi bütövlüyünün birtərəfli pozulması cəhdləri qəbuledilməzdir.