Pekində xeyriyyə sərgi-yarmarkası keçirilib
31.10.2017 [10:48]
Xəbərin mətni
Çin xarici işlər naziri Van İnin həyat yoldaşı Çian Veyin təşəbbüsü ilə təşkil edilən sərgi-yarmarkada 87-si Pekindəki diplomatik nümayəndəliklərə məxsus olmaqla, beynəlxalq təşkilat, yerli və xarici şirkətlərin ümumilikdə 140 pavilyonu fəaliyyət göstərib. Azərbaycanın Çindəki səfirliyinin hazırladığı geniş pavilyonda milli mədəniyyətimizi tanıdan və təbliğ edən müxtəlif eksponatlar, o cümlədən xalça və geyim nümunələri, müxtəlif suvenirlər nümayiş etdirilib.